1007 Baku Azadlig ave 64/1, 2nd Floor, Azerbaijan
Phone: +994 (12) 440-0192
Telefax: +994 (12) 440-0193
E-mail: office@lion-a.com
Website: www.lion-a.com
 
 
Karyera


 

Yüksək məsuliyyət tələb edən çalışdığımız sahə öz imicini əməkdaşlarının əməksevərliyi,ustalığı və yüksək peşəkarlığı üzərində qurur. Şüarı təhlükəsiz, etibarlı və keyfiyyətli xidmət olan şirkətimiz bilikli, savadlı, yüksək ixtisaslı və təcrübəli işçilərin işə qəbulunda daima maraqlıdır.

Əməkdaşlarımız bizim ən vacib fəaliyyət mənbəyimizdir. Öz siyasətinə hər zaman sadıq qalan Lion-A şirkətin çiçəklənməsi naminə bilavasitə öz töhvələrini verməyə hazır olan işçilərinə mürəkkəb, rəngarəng tapşırıqlarla zəngin dinamik fəaliyyət mühiti təklif edir.

Şirkətimiz daima insanlararası ünsiyyətə, birgə fəaliyyətə hazır olan və sahibkarlıq hissi nümayiş etdirən, zəngin həyat təcrübəsinə malik olan işçilərin axtarışındadır.

Azərbaycan və Ukrayna ərazilərində gəmitəmiri sahəsində öncül  şirkətlərdən biri hesab edilən Lion-A öz istehsal gücünü yüksək peşəkarlıq və qüsursuz iş hesabına yeni yollar axtarışındadır.

İş fəaliyyətinin genişləndirilməsi və Qara dənizdə Sevastopolda (Ukrayna) filialın açılması ilə əlaqədar Lion-A karyerasında irəliləmək niyyətində olanlara gözəl imkanlar təklif edir. Əgər Siz təcrübəli mütəxəssislər komandasına qoşulmaq arzusundasınızsa, xahiş olunur, sorğunuzu elektron poçtamıza göndərəsiniz: office@lion-a.com

Bundan başqa şirkətimizdə mövcud olmayan iş yerinə dair də rezyumenizi göndərə bilərsiniz. Həmin iş yerinə tələb olarsa gələcəkdə məlumat bazamıza yerləşdirməyi düşünürük. Bu bizə yeni heyətin seçilməsində xeyli yardım etmiş olar.